"Neftçi" Emindən asılıdır" deyənlərin yalanı faş oldu - 40 gün yox, 45 dəqiqə kifayət etdi

23 Oktyabr 2023 18:00 Neftçi 2 232
"Neftçi" Emindən asılıdır" deyənlərin yalanı faş oldu - 40 gün yox, 45 dəqiqə kifayət etdi

Bir dəyişiklik gedir «Neftçi»də.

Adrian Mutu necə bir komanda qurmaq istəyir, onun işartılarını Bayılda gördü.

Azərbaycanda dördüncü ayını keçirən rumıniyalı hələ indi-indi buralara isnişib. Eləcə də, ötən aylarda yeni gələnlər.

«Səbail» üzərində 4:2 hesablı qələbə ümumi tablodadır. Bəzi detallara varsaq, «Neftçi»nin Emin Mahmudovun iştirakı olmadan necə oynayacağı böyük maraqla gözlənilirdi.

Sarı vərəqə limitini doldurduğu üçün cəzalı duruma düşən kapitanın yoxluğunda vurulan 4 qolu sıradan hadisə saymayaq. «Neftçi»nin çoxdandır bir oynuda bu qədər fərqlənməsi yadımıza gəlmir.

Bayıldakı mücadiləsi bir həqiqəti də gözlər önünə sərdi - komandanın Emindən yüzdəyüz asılılığı barədə söylənilənlər, sadəcə, blef imiş, şişirtmə imiş.

Düzdür, Eminin faydalı iş əmsalı yüksəkdir, drijordur, yoldaşlarına təsiri güclüdür, amma o olmayanda da nələrsə etmək, nəticə qazanmaq mümkündür.

Gələn tur baxmaq lazım olacaq ki, Eminin qayıdışı ilə «Neftçi» Bayıldakından da yaxşı təsir bağışlayacaq, yaxud əksinə.

İstənilən halda Mutu işinə daha həvəslə, daha böyük istəklə yanaşa bilər.

Yeni alınan legionerlər keçid dönəmini arxada qoysa və Filip Ozobiç özünü bir qədər də rahat, suda balıq kimi hiss etsə, «Neftçi» çox keçmədən çempionluq uğrunda yarışmaya qoşulacaq.

İkinci hissədəki oyun buna ciddi ümid yaratdı.

ELXAN

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
13 İyun 18:10 Çək və bizə göndər!
13 İyun 03:10 Avropa çempionu oldu
13 İyun 02:20 Yeni qapıçı tapdılar