Qara Qarayev “Neftçi”dən danışdı: “Qarabağ"la matçdan sonra...”

22 Oktyabr 2023 01:10 Neftçi 2 381
Qara Qarayev “Neftçi”dən danışdı: “Qarabağ"la matçdan sonra...”

"Neftçi" Azərbaycan Premyer Liqasının 10-cu turunda səfərdə "Səbail"i 4:2 hesabı ilə məğlub edib.

Sportinfo.az xəbər verir ki, "ağ-qaralar"ın yarımmüdafiəçisi Qara Qarayev qarşılaşmadan sonra klub televiziyasına açıqlama verib.

31 yaşlı futbolçu bu qalibiyyətin çox əhəmiyyətli olacağını bildirib:

"Çətin oyun oldu. "Qarabağ"la matçdan sonra mütləq ritmi tutmaq, inamı qaytarmaq vacib idi.

Düşünürəm ki, bu qələbə çox əhəmiyyətli olacaq. Oyunda elə elementlər var idi ki, gələcəkdə bunlardan yaxşı komanda formalaşacaq.

Geridönüş mühüm idi. Bu qələbə futbolçuların yanaşmasının nəticəsi idi".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
13 İyun 18:10 Çək və bizə göndər!
13 İyun 03:10 Avropa çempionu oldu
13 İyun 02:20 Yeni qapıçı tapdılar