“Neftçi” gələcəyə ümid verdi

21 Oktyabr 2023 23:00 Neftçi 952
“Neftçi” gələcəyə ümid verdi

Emin Mahmudov, Kilan Lebon kimi əsas fiqurları olmadan Bayıla yollanan “Neftçi”nin xal itirmək, hətta xalsız qalmaq ehtimalları yüksək idi.

Axı rəqib mövsümün surpriz komandası “Səbail”dı.

Aktivinində 17 xalı olan Şahin Diniyevin yetirmələri “Qarabağ”ın xal itkisi fonunda növbəti qələbə ilə liderliyə belə yüksələ bilərdi.

6 görüşdü məğlub olmayan “Dənizçilər” bu uğurlu seriyada yalnız bir heç-heçə etmişdi.

Bir sözlə, “Səbail” hərtərəfli qarşılaşmaya üstün çıxmışdı.

Erkən vurulan qol bu üstünlüyü daha da möhkəmləndirmiş oldu.

Lakin 2-ci dəqiqədə vurulan qol belə qonaqları şoka sala bilmədi.

Özündə güc tapan “ağ qaralar” fasiləyə kimi önə çıxmağı belə bacardı – 2:1.

Düzdü, sona yaxın Dinyevin yetirmələri hesaba tarazlıq gətirə bildi.

Əksəriyyətin bu hesabla matçın bitəcəyini düşündüyü anda Mutunun yetirmələri yenə cəsarətli olmağı bacardı.

Nəinki öncə keçdilər, hesab arasında fərqi də artırmaq mümkün oldu – 4:2.

Həqiqətən, rumıniyalı futbolçularını matça əla hazırlaya bilmişdi.

Sanki son görüşə çıxmışdılar kimi meydanda döyüşürdülər.

Ciddi itkilərə rəğmən meydanda sürətli, əksər vaxt pressinq edən, dominat futbol nümayiş etdirən “Neftçi” vardı.

Erkən qol, sona yaxın gələn bərabərlik qolunun da qələbəyə mane ola bilməməsi futbolçuların psixoloji olaraq qarşılaşmaya necə yaxşı hazırlanmasının göstəricisi idi.

Bəli, böyük inkişafdan, uğurdan danışmaq tezdir.

Bu, kollektivin mövsümdə 4-cü qələbəsi oldu.

Ancaq heç birində olmadığı qədər bu görüşdə “Neftçi” gələcəyə ümid verdi.

Oyunda müsbət elementlər diqqət çəkdi.

Görünür, tanınmış mütəxəssis komanda ilə əməlli-başlı söhbət edib. Bəlkə də çox sərt danışıb. Zəlzələdən ya vəlvələdən fasilədə onun"Neftçi"ni uçurumdan az da olsa geri çevimək cəhdləri bəhrə verib.

İndi qalır bunu daha da inkişaf etdirmək, sabit saxlamaq.

XANOĞLAN İMANOV

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
13 İyun 18:10 Çək və bizə göndər!
13 İyun 03:10 Avropa çempionu oldu
13 İyun 02:20 Yeni qapıçı tapdılar