“Neftçi” paylaşım etdi, Emin Mahmudov təəccübləndi - FOTO

20 Oktyabr 2023 14:40 Neftçi 3 591
“Neftçi” paylaşım etdi, Emin Mahmudov təəccübləndi - FOTO

Bu gün Azərbaycan Premyer Liqasının X turuna start veriləcək.

“Neftçi” ikinci dövrənin açılış matçında “Səbail”in qonağı olacaq.

Bayıl təmsilçisi rəqbini çempionatda sonuncu dəfə 4 il 8 ay əvvəl məğlub edib. “Dənizçilər” 2019-cu ilin fevralında “ağ-qaralar”a səfərdə qalib gəlib.

Həmin vaxtdan bəri komandalar arasında 17 qarşılaşma baş tutub ki, bunun 12-də “Neftçi” qələbə qazanıb, 5-də bərabərlik qeydə alınıb.

Ümumiyyətlə, “Səbail” tarixi ərzində “Neftçi”ni cəmi 2 dəfə məğlub etməyi bacarıb. Bunun birincisi komandalar arasında 2017-ci ildə keçirilən qarşılaşmaya təsadüf edib.

“Neftçi“ bu qarşılaşmaya həsr olunan promo video hazırlayıb. Kadrda dərman qəbul edən şəxs öz əksini tapıb. Görüntülər sosial şəbəkələrdə birmənalı qarşılanmayıb.

Azarkeşlərlə yanaşı, komandanın kapitanı Emin Mahmudov da buna biganə qalmayıb. Yarımmüdafiəçi paylaşımın altındakı şərh bölümündə bir neçə sual işarəsi yerləşdirib.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
13 İyun 18:10 Çək və bizə göndər!
13 İyun 03:10 Avropa çempionu oldu
13 İyun 02:20 Yeni qapıçı tapdılar