Qara Qarayev Prezidentlə görüşü haqda nə paylaşım etdi?

19 Oktyabr 2023 16:20 Neftçi 1 417
Qara Qarayev Prezidentlə görüşü haqda nə paylaşım etdi?

“Neftçi”nin yarımmüdafiəçisi Qara Qarayev Prezident İlham Əliyevlə oktyabrın 17-də Füzulidəki görüşü haqda paylaşım edib.

Sportinfo.az xəbər verir ki, dövlət başçısı ilə fotosunu paylaşan futbolçu bunları yazıb:

“44 günlük Vətən müharibəsinin ardından işğaldan azad edilmiş ərazilərimizə “Böyük Qayıdış”ın təmin olunması cənab Prezidentin qətiyyətli, əzmkar fəaliyyətinin nəticəsidir.

“Böyük Qayıdış” proqramının birinci mərhələsinin sonunda doğma Füzuli şəhərimizdə 22 min insan yaşayacaq.

Cənab Prezidentin də qeyd etdiyi kimi, biz nə qədər sevinsək də, şəhidlərimiz üçün daim göz yaşı tökəcəyik.

Vətən müharibəsində qəhrəmancasına şəhid olan igidlərimizi böyük sevgi və fəxarət hissi ilə anırıq və daima da qürür hissi ilə yad edəcəyik”

Q. Qarayev 1992-ci ildə Füzulidə anadan olub. O, uzun illər “Qarabağ”ın oyunçusu kimi meydana çıxıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
13 İyun 18:10 Çək və bizə göndər!
13 İyun 03:10 Avropa çempionu oldu
13 İyun 02:20 Yeni qapıçı tapdılar