Adrian Mutu millinin üzvünü "hesabdan sildi?"

19 Oktyabr 2023 19:40 Neftçi 2 308
Adrian Mutu millinin üzvünü "hesabdan sildi?"

Adrian Mutunun “Neftçi”də ilk vaxtlardan güvəndiyi yeganə gənc futbolçu Rza Cəfərov idi.

Məşqlərdə qapıçıya xüsusi diqqət göstərən rumıniyalı mütəxəssis 3-cü turdan ona əsas heyət üzvü kimi güvənməyə başladı.

Özü də “Sabah” kimi iddialı rəqiblə qarşılaşmadan öncə.

Ardınca “Qəbələ” ilə ev oyununda da çərçivə gənc qapıçıya tapşırıldı.

Pis oyun keçirməyən “93 nömrə” komandası 1:0 öndə olduğu dəqiqədə adi epizodda şanssızlıq yaşayaraq qırmızı vərəqə ilə cəzalandı.

Deyəsən, yerli qolkiperin bu hərəkəti ona baha başa oturub.

Hər halda, bir oyunluq cəza 4 tur əvvəl başa çatıb.

Lakin Mutu yenidən Rzaya şans vermək barədə düşünmür.

Ən azı statistika belə deməyə əsas verir. “Sumqayıt”la matçı cəza səbəbindən kənarda qalan gənclər millisinin üzvü “Arza Naxçıvan”, “Zirə” və “Qarabağ”la qarşılaşmaları ehtiyatda keçiribsə, Tovuz səfərinə ümumiyyətlə aparılmayıb.

Gənc mütəxəssisin gənc futbolçuya dəstəyi alqışa layiqdir.

Amma onu ilk səhvindəcə cəzalandırmaq, kənara atmaq böyük yanlışdır.

Elə gənc futbolçular belə səhvlər edə-edə düzəlir də.

Dünyaca məşhur ulduz futbolçu axı özü də gənc yaşlarında az səhvlər etməyib.

Gərək gəncləri ən yaxşı onun özü başa düşsün.

Daha qısa müddətə belə ümid verib, ardınca ilk büdrəmədə silib atmasın.

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
13 İyun 18:10 Çək və bizə göndər!
13 İyun 03:10 Avropa çempionu oldu
13 İyun 02:20 Yeni qapıçı tapdılar