“Neftçi”yə istəyini bildirdi – Buradan aylımaq niyyətindəyəm

18 Oktyabr 2023 13:00 Neftçi 4 146
“Neftçi”yə istəyini bildirdi – Buradan aylımaq niyyətindəyəm

Kenni Sayef ötən ilin yayında sıralarına qoşulduğu “Neftçi”ni tərk etməyə hazırlaşır.

Bu barədə redaksiyamıza paytaxt təmsilçisindən bildirilib.

Verilən məlumata görə, 2 illik sözləşməsinin müddəti mövsümün sonunda başa çatacaq yarımmüdafiəçi vaxtından əvvəl Azərbaycandan getmək niyyətindədir.

İsrailli vinger belə bir fikirdə olduğunu həm klub rəsmilərinin, həm də baş məşqçi Adrian Mutunun diqqətinə çatdırıb. O, karyerasını Avropada davam etdirməyi planlaşdırdığını deyib.

ABŞ vətəndaşı olan İsrail əsilli 29 yaşlı sol cinah oyunçusu Belçikadan təklif aldığını söyləyib.

Sayef İsrailin “Bney Saxnin” (2010-2011), “Hapoel Hayfa” (2011-2012), “İroni Kryat Şmona” (2012-2013), “Hapoel Ramat Ha Şaron” (2013-2014), Belçikanın “Gent” (2014-2018), “Anderlext” (2018-2022), ABŞ-ın “Sinsinnati” (2019), Polşanın “Lexiya” (2020-2021) və İsrailin “Aşdod” (2021-2022) klublarında çıxış edib.

O, 2015-ci ildə “Gent”in heyətində Belçika çempionatının və Superkubokun qalibi olub. İ

srailin aşağı yaş yığmalarında da forma geyinib. Bu ölkənin əsas millisində 2, ABŞ milli komandasında isə 4 oyun keçirib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 Sentyabr 18:10 Çək və bizə göndər!
26 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM