«Qəbələ»nin növbəti transfer hədəfi məlum olub.
Premyer Liqada qalmaq uğrunda mübarizə aparan əyalət təmsilçisi Yeqor Boqomolskiyə göz dikib.
«Qırmızı-qaralar» belaruslu hücumçunu icarəyə götürmək məqsədilə «Neftçi»yə müraciət edib.
22 yaşlı legionerin «ağ-qaralar»la kontraktı gələn ilin yayında bitəcək. Bakılılar onu «Minsk»dən sıralarına qatıb.
Boqomolski hələ 2 ay əvvəl «Neftçi»ni tərk edə bilərdi. İsrail də daxil, bir neçə ölkədən təklif almışdı.
Həmin vaxt Adrian Mutu onun gedişinə razılıq vermədi. Rumıniyalı baş məşqçinin bu dəfə nə qərar verəcəyi maraq doğurur.
SPORTİNFO.AZ

