“Neftçi”yə transferi rezonans yaratdı, bu şəhərdə keyfə baxdı - FOTOLAR

16 Oktyabr 2023 23:20 Neftçi 2 575
“Neftçi”yə transferi rezonans yaratdı, bu şəhərdə keyfə baxdı - FOTOLAR

Milli komandaların oyunları ilə bağlı yaranmış fasilə futbolçular üçün göydəndüşmə olub.

Baş məşqçilərin istirahət üçün yaratdığı bir neçə günlük imkandan hərə bir cür yararlanmağa çalışır.

“Neftçi”nin braziliyalıları üç günlük fasilədən yararlanaraq Birləşmiş Ərəb Əmirliklərinə yollanıb.

Andre Şinyaşiki ilə Yuri Matias “instagram” hesablarında Dubayda necə istirahət etdiklərini izləyicilərinə təqdim edib.

Bu mənada Matiasın aktivliyi diqqət çəkir. Qısa müddətdə “Neftçi” azarkeşlərinin sevimlisinə çevrilən

“44 nömrə” Dubayı icarəyə götürdüyü avtomobillə qarış-qarış gəzir, yaxta sürür, “Burj Xalifa”nın ən yüksək nöqtəsinə qalxıb şəkil çəkdirmək imkanını boşa vermir.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 Sentyabr 18:10 Çək və bizə göndər!
26 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM