“Neftçi“nin məşqçisi: “Mən orada kimisə təhqir etməmişəm“

16 Oktyabr 2023 17:00 Neftçi 1 205
“Neftçi“nin məşqçisi: “Mən orada kimisə təhqir etməmişəm“

“Mən orada kimisə təhqir etməmişəm“.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Neftçi“nin məşqçisi Sənan Qurbanov deyib.

Məlum olduğu kimi, AFFA İntizam Komitəsi "Neftçi"nin iki məşqçisi ilə bağlı qərar verib.

“Neftçi” –“Qarabağ” oyununun 83-cü dəqiqəsində Adrian Mutunun köməkçisi Sənan Qurbanov hakimin qərarına etiraz etdiyinə görə birbaşa qırmızı vərəqə alıb.

O. 1-i şərti olmaqla 2 oyun cəzalanıb. 3 aylıq sınaq müddəti təyin olunub, Klub isə 1500 manat cərimə edilib.

Qurbanov hadisənin nəyin üstündə baş verdiyini söyləyib:

“Mən Lukas Melanonun epizoduna əsəbiləşdim. Çünki baş hakim topa zərbə endirən argentinalı hücumçumuza sarı vərəqə göstərdi.

Bu qərarın doğruluğuna əmin deyildim, içimdə qeyri-müəyyənlik var idi. Ona görə də yan xətt hakiminə yaxınlaşıb, öz narazılığımı aqressiv şəkildə bildirdim.

Qaydalara görə bu, olmaz. Texniki zonadan kənara çıxdığım üçün belə cəza aldım“.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
13 İyun 18:10 Çək və bizə göndər!
13 İyun 03:10 Avropa çempionu oldu
13 İyun 02:20 Yeni qapıçı tapdılar