“Neftçi”nin baş icraçı direktoru Fərrux Rəhimov sosial şəbəkə hesabında paylaşım edib.
Azərbaycan seçməsinin səfərdə Estoniya üzərində 2:0 hesablı qələbəsi Fərrux Mahmudovu hərəkətə gətirib.
O, “feysbuk”da oyunun yekun nəticəsinin əks olunduğu tablonun şəklini paylaşaraq, “Təbriklər, milli! “Neftçi”mizdən görək!” sözlərinı yazıb.
Mahmudovun bu paylaşımı müzakirələrə yol açıb. Bəziləri bunu komandaya atmaca kimi qəbul edib, əksəriyyət isə “Neftçi”nin hazırkı vəziyyətini yada salaraq prezidentə müraciət edib.
Rəylərin bir qismini təqdim edirik:
“Mutuyla çətin nəsə görək”.
“Fərrux bəy, ağıl vermək mənə düşməz. Amma özünüz də şahidi olacaqsınız ki, Mutuyla güclü “Neftçi” görmək mümkün olmayacaq. Nə qədər gec deyil, istefaya göndərin”.
“Sizdən görək, inşallah”.
“Artıq siz də deyəsən atmacalı yazırsınız”.
“Fərrux bəy, “Neftçi”yə əncam çəkin artıq”.
“Bu gedişlə heç nə görməyəcəyik”.
“Mutunu rədd etməsəniz, çətin nəsə görək”.
“Fərrux bəy, biz azarkeşlərin günahı nədir? “Neftçi”nin əzəmətini qaytarın bizə. Bu komanda bizi xəstə edib. Nə qədər stres, həyəcan olar? Sağlamlığımız gedir əldən”.
“Yumruğunuzu masaya vurun, görəcəksiniz”.
“Bəzi səhvlər və problemlər anında həll olunmalıdır. Mutu ilə çox çətin olacaq”.
“Neftçi”nin başında siz varsınız, onu siz etməlisiniz, Mutu etməlidir. Azarkeşləri stadiondan küsdürməyi bilirsiniz ancaq”.
“Neftçi”dən maksimum 3-cü yer, kubokda da yarımfinal görə bilərik”.
Mövsümlərarası fasilədə büdcəsi xeyli artırılan və 10-dan artıq futbolçu ilə güclənən “ağ-qaralar” 9 turdan sonra topladığı 12 xalla 10 komanda arasında 5-ci pillədə qərarlaşıb.
HƏBİB

