“Avropa klublarından təklif gözlədiyi üçün onun “Neftçi”yə keçidi gecikdi”

15 Oktyabr 2023 00:30 Neftçi 1 987
“Avropa klublarından təklif gözlədiyi üçün onun “Neftçi”yə keçidi gecikdi”

“Neftçi” Moskva “Spartak”ında çıxış edən Leon Klassenlə maraqlanmasına münasibət bildirib.

Sportinfo.az xəbər verir ki, bu barədə “ağ-qaralar”ın mətbuat xidmətindən “Sport-express”ə açıqlama verilib.

Azərbaycan təmsilçisi 23 yaşlı müdafiəçini transfer etmək istədiklərini təsdiqləyib:

“Hətta bəzi ilkin razılaşmalar da əldə olunub. Amma Klassen digər Avropa klublarından təklif gözlədiyi üçün bunlar gecikdi.

Klassen razılaşanda isə “Neftçi” başqa oyunçu ilə bağlı qərar verdi. Bu səbəbdən anlaşma baş tutmadı.

Həmin futbolçunu izləməyə davam edəcəyik. Gələcəkdə də əməkdaşlıq variantını istisna etmirik”.

Daha əvvəl Rusiya mətbuatı oyunçunun “Neftçi”nin təklifini rədd etdiyini yazıb

Digər Xəbərlər
Xəbər Lenti
26 Sentyabr 18:10 Çək və bizə göndər!
26 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM