Bazar günü “Neftçi Arena”da Premyer Liqanın ən səs-küylü oyunu baş tutdu.
Müstəqillik tarixinin bütün çempionatlarının iştirakçısı olan “Neftçi”ylə “Qarabağ” münasibətlərinə aydınlıq gətirdi.
Kifayət qədər maraqlı keçən görüşdə ağdamlıları bakılıları 2:0 hesabı ilə məğlub etməyi bacardı.
Oyun başa çatandan sonra “ağ-qaralar”ın futbolçuların böyük əksəriyyəti paltardəyişmə otağına tələsdiyi halda, bir neçəsi üzgün halda dayandığı yerdən tərpənmək istəmirdi.
Bu an “Neftçi”nin fanatları Emin Mahmudovu tribunanın qarşısına səslədi. Qısa dialoqdan sonra kapitan oradan uzaqlaşdı və birbaşa paltardəyişmıə otağına yollandı.
Növbəti Yuri Matiasa çatdı. Qısa müddətdə paytaxt təmsilçisinin ən sevilən simalarından birinə çevrilən braziliyalı müdafiəçi tribunadan gələn səsi eşidib ora tərəf yön aldı.
Azarkeşlərin eturazına qulaq asdı, üzrxahlıq etdi və...
Uzun müddət paltardəyişmə otağına getmədi.
Pərişan halda meydanın kənarı ilə hərəkət edərək bir növ azarkeşlərin yanında olduğunu göstərdi. Və meydanı ən son tərk edən adam məhz Matias oldu.
Həmin an çoxunun ağlında dolaşan fikir bu idi: “Neftçi”nin Yurinin xarakterində çox yox, 3-5 futbolçusu olsaydı, komanda bu günə düşməzdi”.
Yayda köklü dəyişikliklərə məruz qalan, 15-ə yaxın futbolçusu ilə güclənən “ağ-qaralar” 9 turdan sonra topladığı 12 xalla 10 komanda arasında 5-ci pillədə qərarlaşıb.
HƏBİB / SPORTİNFO.AZ

