“Neftçi”nin direktoru sosial şəbəkədə yazdığı statusla gündəm yaratdı - FOTO

14 Oktyabr 2023 14:00 Neftçi 1 598
“Neftçi”nin direktoru sosial şəbəkədə yazdığı statusla gündəm yaratdı - FOTO

Azərbaycan millisi dünən Avro-2024-ün seçmə mərhələsində növbəti oyununa çıxdı.

F qrupunda yer alan komandamız 7-ci tur çərçivəsində səfərdə Estoniyanın qonağı oldu.

Futbolçularımız ilk hissədə vurduğu 2 cavabsız qolla qələbə qazandı.

“Neftçi”nin baş icraçı direktoru Fərrux Mahmudov bu hadisəyə diqqətlə yanaşıb.

Bir müddət öncə klubun rəhbərliyinə gətirilən funksioner “facebook” səhifəsində paylaşım edib və bununla sosial şəbəkədə gündəm olub. O, “Təbriklər, milli! “Neftçi“mizdən görək!” sözlərini yazıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 Sentyabr 18:10 Çək və bizə göndər!
26 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM