"Neftçi"yə lazım olmayan kapitan başqa qapılara üz tutmalıdır!

14 Oktyabr 2023 22:20 Neftçi 4 436
"Neftçi"yə lazım olmayan kapitan başqa qapılara üz tutmalıdır!

Azərbaycan U21 millisi Avropa çempionatının seçmə mərhələsi çərçivəsində doğma meydanda Şimali İrlandiyadan olan həmyaşıdlarına məğlub oldu - 0:1.

Komandamızın start heyətinə göz gəzdirəndə acı mənzərə ilə rastlaşmamaq mümkün deyil.

Cəmi 3 futbolçu bu gün Premyer Liqa klublarımızın əsas komandasında çıxış edir.

Söhbət Yusif İmanov, Veysəl Rzayev və Abdulla Rzayevdən gedir.

Düzdü, bəzən ölkəmizdə 23-24 yaşlı futbolçulara da gənc deyirlər.

Amma indi Avropada gənc yaş maksimum 18-19 yaş hesab olunur.

21 yaş isə futbolçunun oynaması, inkişaf etməsi üçün ən münasib dövrdür.

Amma birinci liqada, əvəzedici çempionatda yox. Xüsusilə bu söz aç-çox tanınan, potensialı yüksək qiymətləndirilən gənclərimizə aiddir.

Məsələn, Fərid Yusifli kimi. "Neftçi"nin yetirməsi gənclər millisinin kapitanıdır.

Karyerası yalnız "ağ qaralar"la bağlıdır. Daha çox ötən ildən parlamağa başlayan yarımmüdafiəçi əsas komandada 38 görüşdə meydan çıxıb. Bu yaş üçün pis nəticə deyil. Amma təəssüf ki, Adrian Mutu ona güvənmir. Yayda avrokuboklarda 46 dəqiqə meydanda olan Fərid bu mövsüm Premyer Liqada 1 dəqiqə belə oynamaq şansı qazanmayıb. Deməli, rumıniyalının planlarına daxil deyil.

Bəs Fəridin özünə nə gəlib? İşin maraqlı tərəfi budur. Gününü ehtiyat skamiyada keçirən, ən yaxşı halda əvəzedici komandada meydana çıxan kapitan gərək özü-öz gələcəyi barədə ciddi-ciddi düşünə.

“Neftçi”ni adına aldanıb bu yaşda ehtiyatda oturmaq olmaz.

Gənclər millisinin kapitanı həm də əsas millinin gələcəyi hesab olunan ilk adlardan biri demekdir.

Hamının bəxtinə Yusif İmanov kimi bu yaşda çempionluğa iddialı klubda əsas futbolçu olmaq yazılmayıb axı.

Bu gün Abdulla Rzayev “Araz Naxçıvan”, Veysəl Rzayev “Turan Tovuz” kimi ortabab klublarda stabil çıxış edirlər.

Əsas heyət üzvü hesab olunurlar. Belədə oyun təcrübəsi də yerində olur. Halbuki hər iki oyunçu da “Sabah”a məxsusdur. Amma Masazır klubunda ehtiyatda gün keçirməyi yox, digər klublarda davamlı oynamaq yolunu seçiblər.

Fərid də komanda yoldaşlarının yolunu getməlidir. Ki, inkişaf etsin, göz qabağında olsun, yerində saymasın.

Bundan yalnız özü yox, həm də millimiz və futbolumuz qazanmış olar.

XANOĞLAN İMANOV

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
13 İyun 18:10 Çək və bizə göndər!
13 İyun 03:10 Avropa çempionu oldu
13 İyun 02:20 Yeni qapıçı tapdılar