“Neftçi”li legionerin jestlərindən qıcıqlanan Elvin ona necə hücum etdi? - VİDEO

14 Oktyabr 2023 00:50 Neftçi 1 183
“Neftçi”li legionerin jestlərindən qıcıqlanan Elvin ona necə hücum etdi? - VİDEO

Sportinfo.az xəbər verir ki, Azərbaycan Premyer Liqasının IX turunda keçirilmiş “Neftçi” - “Qarabağ” matçında baş verən maraqlı hadisənin görüntüsü yayılıb.

Sosial şəbəkələrdə paylaşılan videoda “ağ-qaralar”ın futbolçusu Yuri Matiasla “atlılar”ın oyunçusu Elvin Cəfərquliyev arasında yaşanan insident əks olunub.

Epizodların birində Y.Matias topla oynayan rəqib vinger Abdullah Zubirə əl hərəkətləri edərək onun üzərinə gəlməsini istəyib.

Braziliyalı müdafiəçinin bu jestləri Elvin Cəfərquliyevin xoşuna gəlməyib. O, Matiasın üzərinə yeriyib və futbolçunu yerə yıxıb.

Qarşılaşmanın baş hakimi Rəşad Əhmədov qayda pozuntusunu qeydə alaraq oyunu saxlayıb. Lakin onun Cəfərquliyevə rəsmi xəbərdarlıq etməməsi diqqət çəkib.

Azərbaycan derbisi “Neftçi”nin məğlubiyyəti ilə başa çatıb - 0:2.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
13 İyun 18:10 Çək və bizə göndər!
13 İyun 03:10 Avropa çempionu oldu
13 İyun 02:20 Yeni qapıçı tapdılar