Cibində iki pasport daşıyan futbolçu niyə "Neftçi"nin təklifini qəbul etməyib?

13 Oktyabr 2023 14:40 Neftçi 1 462
Cibində iki pasport daşıyan futbolçu niyə "Neftçi"nin təklifini qəbul etməyib?

"Spartak"ın müdafiəçisi Leon Klassenin "Neftçi"yə keçməkdən imtina etməsinin səbəbi məlum olub

23 yaşlı arxa xətt oyunçusu yay transfer pəncərəsində Azərbaycan klubundan təklif alıb.

Bu ilin iyul ayında "Spartak"la əməkdaşlığa başlayan paytaxt təmsilçisi Moskva klubunun futbolçusu ilə icarə müqaviləsi bağlamaq istəyib. Lakin Leon "ağ-qaralar"a keçmək variantını dəyərləndirməyib.

O, Avropaya qayıtmaq, ən pis halda Almaniyaya dönmək ümidi ilə gözləmə mövqeyi sərgiləyib. Hərçənd "Neftçi" ona kifayət qədər yüksək - 400 min avro civarında illik ödəmə təklif edib.

Əgər bu dəvəti geri çevirməsəydi, bakılılar gələn ilin yayında transfer hüququna da yiyələnmək haqqı qazanacaqdı. Bunun üçün "Spartak" çox yox, yarım milyon avro təzminat almaqla kifayətlənəcəkdi.

Rusiya və Almaniya vətəndaşlığı olan Klassen 2022-ci ildən "Spartka"da çıxış edir.

Almaniyada dünyaya gəlmiş Leon “1860 Münhen” və “Tirol”da oynadıqdan sonra 2022-ci ildə “Spartak”a keçib. Onun moskvalılarla müqaviləsi 2025-ci il iyunun 30-na qədərdir.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
13 İyun 18:10 Çək və bizə göndər!
13 İyun 03:10 Avropa çempionu oldu
13 İyun 02:20 Yeni qapıçı tapdılar