Mutu 11 yeni transferdən kimisə qışda "Neftçi"dən geri göndərmək istəyirmi?

13 Oktyabr 2023 13:00 Neftçi 1 557
Mutu 11 yeni transferdən kimisə qışda "Neftçi"dən geri göndərmək istəyirmi?

Adrian Mutu bu yay düşərgəyə cəlb olunan futbolçuların heç birini qış fasiləsində “Neftçi“dən göndərmək niyyətində deyil.

Bu haqda klubdan redaksiyamıza bildirilib.

Verilən məlumata görə, baş məşqçi yeni gələn oyunçuların heç birindən narazı deyil və onlar barədə rəhbərliyə heç bir mənfi raport verməyib:

“Rumıniyalı bu futbolçuların hər birinə inanır və şans verir. Mutu əmindir ki, yenilərin hamısı özünü yaxşı tərəfdən göstərəcək, sadəcə, bunun üçün müəyyən qədər vaxt lazımdır“.

Paytaxt təmsilçisi mövsümlərarası fasilədə 11 transfer çalışması həyata keçirib.

Qapıçı Emil Balayev, müdafiəçilər – Yuri Matias, Mark Tamaş, Ervin Koffi, yarımmüdafiəçilər - Filip Ozobiç, Qara Qarayev, Dieqo Valdez, hücumçular - Aaron Olanare, Andre Şinyaşiki və Lukas Melano ilə anlaşıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 Sentyabr 18:10 Çək və bizə göndər!
26 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM