"Neftçi"nin legioneri ölkəsinin mətbuatına nəyi yalan danışdı?

13 Oktyabr 2023 22:20 Neftçi 1 813
"Neftçi"nin legioneri ölkəsinin mətbuatına nəyi yalan danışdı?

Azərbaycan Premyer Liqasında birinci dövrə Azərbaycan derbisi ilə yekunlaşdı.

“Neftçi”nin qonağı olan “Qarabağ” asan qələbə ilə yadda qaldı – 0:2.

Ağdamlılar 90 dəqiqə meydanda dominat futbol oynayan tərəf oldu.

“Ağ qaralar”ın qapıçısı İvan Brkiç ilk 15 dəqiqədə 3 seyvlə yadda qaldı.

Qurban Qurbanovun yetirmələri 90 dəqiqə ələ düşən imkanları sağa-sola xərcləməsəydi tarixi derbidə darmadağına da şahidlik edə bilərdik.

Hətta meydanda cox aciz görünən meydan sahibləri ciddi tənqidlərlə üz-üzə qaldı.

Əbəs deyil ki, matçdan sonra “Neftçi”nin çalışdırıcısı Adrian Mutu da indiki “Qarabağ”la bacarmağın çətin olduğunu açıq etiraf etdi.

Amma nədənsə hamının gördüyü gerçəyi Mark Tamaş dilə gətirməyə özündə cəsarət tapmayıb. Və cəsarəti bir kənara, öz həmyerlilərinə qarşılaşma barədə yalan informasıya verməyə belə imkan tapıb.

Hər halda, paytaxt təmsilçisinin macarıstanlı müdafiəçisinin ölkəsinin mətbuatına verdiyi açıqlama belə deməyə əsas verir.

Sitat: "Əvvəlki liqa matçlarımızda olduğu kimi, "Qarabağ"la oyunda da çoxlu qol şansları yaratdıq. Amma təəssüf ki, demək olar ki, həmişə olduğu kimi, fürsətləri əldən verdik. Artıq həftələrdir bu problemlə mübarizə aparırıq və bu, bizi hədsiz dərəcədə məyus edir. "Qarabağ" praktiki olaraq məqsədinə çatdı və iki hücum edib iki qol vurdu. Nə olursa olsun, optimistəm, çünki hələ mövsümün əvvəlindəyik. Bilirəm ki, hücumçularımız kəsərli olsalar, turnir cədvəlində yuxarı pillələrə qalxmağa başlayarıq. Zərbələrimizi vurmamağımıza səbəb ustalıq problemi və ya konsentrasiyanın olmaması deyil. Sadəcə olaraq, uğursuz seriyadayıq. Qapı dirəyinə vururuq, bəzən rəqibin qapıçısı belə zərbəni necə xilas edəcəyini bilmir. Davam edəcəyik”.

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
13 İyun 18:10 Çək və bizə göndər!
13 İyun 03:10 Avropa çempionu oldu
13 İyun 02:20 Yeni qapıçı tapdılar