"Neftçi"nin iki məşqçisi ilə bağlı qərar verildi

13 Oktyabr 2023 08:30 Neftçi 1 517
"Neftçi"nin iki məşqçisi ilə bağlı qərar verildi

AFFA İntizam Komitəsi "Neftçi"nin iki məşqçisi ilə bağlı qərar verib.

Sportinfo.az xəbər verir ki, “Neftçi” – “Qarabağ” oyununun 83-cü dəqiqəsində “Neftçi”nin məşqçisi Sənan Qurbanov hakimin qərarına etiraz etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun şərti olmaqla 2 oyun cəzalanıb. klub 1500 manat cərimə edilib.

Sınaq müddəti 3 ay təyin edilib.

Həmin oyun bitdikdən sonra “Neftçi”nin məşqçisi Miodraq Todorov hakimin qərarına etiraz etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun şərti olmaqla 2 oyun cəzalanıb,

“Neftçi” 1500 manat cərimə edilib. Sınaq müddəti 3 ay təyin edilib.

Digər Xəbərlər
Xəbər Lenti
26 Sentyabr 18:10 Çək və bizə göndər!
26 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM