"Neftçi"nin macarıstanlı legioneri Mark Tamaş ölkəsinin mətbuatına açıqlamalar verib.
Sportinfo.az xəbər verir ki, 30 yaşlı mərkəz müdafiəçisi Premyer Liqanın 9-cu turunun "Qarabağ"la matçının dəyərləndirib.
Təcrübəli oyunçu yaradılan qol fürsətlrəini dəyərləndirə bilmədiklərini bildirib:
"Əvvəlki liqa matçlarımızda olduğu kimi, "Qarabağ"la oyunda da çoxlu qol şansları yaratdıq. Amma təəssüf ki, demək olar ki, həmişə olduğu kimi, fürsətləri əldən verdik.
Artıq həftələrdir bu problemlə mübarizə aparırıq və bu, bizi hədsiz dərəcədə məyus edir. "Qarabağ" praktiki olaraq məqsədinə çatdı və iki qol vurdu.
Nə olursa olsun, optimistəm, çünki hələ mövsümün əvvəlindəyik. Bilirəm ki, hücumçularımız kəsərli olsalar, turnir cədvəlində yuxarı pillələrə qalxmağa başlayarıq.
Zərbələrimizi vurmamağımıza səbəb ustalıq problemi və ya konsentrasiyanın olmaması deyil. Sadəcə olaraq, uğursuz seriyadayıq.
Qapı dirəyinə vururuq, bəzən rəqibin qapıçısı belə zərbəni necə xilas edəcəyini bilmir. Davam edəcəyik.
İnanıram ki, çox çalışmağımız öz bəhrəsini verəcək və gələn həftə “Səbail”lə oyunda uğurlu seriyaya başlayacağıq".

