"Mutu Qurban Qurbanovu misal gətirir və deyir ki, o, ilk beş ilində cəmi bir titul qazanıb.
Bu, Mutunun deyil, informasiyanı ona verənlərin səhvidir”.
Bu sözlər futbol eksperti Emin Abbasova aiddir.
ATV kanalında yayımlanan “Futbolumuz” verlişinin daimi eksperti “Neftçi”nin baş məşqçisinin “Qarabağ”la derbidən sonra verdiyi açıqlamanın həqiqətlə əlaqəsinin olmadığını bildirib.
Tanınmış teleşərhçi xatırladıb ki, Qurbanov “Qarabağ”a gəldiyi ilk ildən etibarən yaxşı nəticələr qazanıb və hər yay avrokuboklarda özünü göstərib:
“O, ilk beş ili elə-belə keçirməyib. İstər Premyer Liqada , istərsə də avrokuboklarda göstərilən oyunla hər kəsin simpatiyasını qazanmışdı.
Mutu başa düşməlidir ki, hara gəlib. “Neftçi” azarkeşi tələbkardır və komandadan yalnız yaxşı nəticələr gözləyir”.
SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

