“Ən sevdiyim mövqe hücumun sağ cinahıdır“.
Sportinfo.az xəbər verir ki, bu sözlər “Neftçi“nin argentinalı legioneri Lukas Melanodur.
30 yaşlı cənubi amerikalı hücum və yarımmüdafiə xəttində oynamaq bacarığına malik olduğunu vurğulayıb:
“Sol cinahda və sırf hücumçu kimi də oynamağı bacarıram. Bununla bağlı problemim yoxdur.
4-4-2 sxemində yarımmüdafiənin sağ cinahında çıxış edə bilirəm. Məşqlərə davam etməliyəm.
Hansı mövqedə oynamağıma baş məşqçi qərar verəcək. Harada oynamağıma baxmayaraq, əlimdən gələnin ən yaxşısını etməyə çalışacam”.
Onun sonuncu klubu “Atletiko Sarmiento” (2023) olub.
Argentinanın “Nyuells Old Boyz” (2022), “Sentral Kordoba” (2021), “San-Lorenso de Almaqro” (2021), “Atletiko Tukuman” (2019-2021), “Estudiantes” (2017-2018), “Lanus” (2013-2015), “Belqrano” (2011-2013, 2017), həmçinin Çilinin “Universidad Katolika” (2022) və ABŞ-nin “Portlend Timbers” (2015-2019) klublarında çıxış edib.
2013-cü ildə “Lanus”la Sudamerikana kubokunun, 2015-ci ildə isə “Portlend Timbers”lə MLS kubokunun qalibi olub. 2013-cü ildə Argentinanın U-20 milli komandasının heyətində 3 oyun keçirib, 1 qol vurub.

