“Neftçi” qışadək yeni transfer edəcəkmi? - AÇIQLAMA

12 Oktyabr 2023 13:00 Neftçi 1 784
“Neftçi” qışadək yeni transfer edəcəkmi? - AÇIQLAMA

“Neftçi” növbəti ilədək yeni transfer etməyəcək.

Bu barədə paytaxt klubundan redaksiyamıza məlumat verilib.

Bildirilib ki, son günlərə kimi bir neçə legioner gündəmdə olsa da, onlarla aparılan danışıqlar dayandırılıb:

“Hazırda bütün görüşmələrə ara verilib. Transfer çalışmalarını yeni ilə saxlamışıq.

Amma bu arada hansısa ciddi variant ortaya çıxsa və klubumuzun maraqlarına uyğun gəlsə, onunla müqavilə imzaya bilərik. Düzü, bu, hələlik bizə o qədər də inandırıcı görünmür“.

Mövsümlərarası fasilədə Adrian Mutunu baş məşqçi postuna gətirən “Neftçi” 11 transfer çalışması həyata keçirib.

Qapıçı Emil Balayev, müdafiəçilər – Yuri Matias, Mark Tamaş, Ervin Koffi, yarımmüdafiəçilər - Filip Ozobiç, Qara Qarayev, Dieqo Valdez, hücumçular - Aaron Olanare, Andre Şinyaşiki və Lukas Melano ilə anlaşıb.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
13 İyun 18:10 Çək və bizə göndər!
13 İyun 03:10 Avropa çempionu oldu
13 İyun 02:20 Yeni qapıçı tapdılar