Argentina millisinin eks forvardı "Neftçi"nin təklifini qəbul etdi

6 Sentyabr 2023 15:00 Neftçi 4 427
Argentina millisinin eks forvardı "Neftçi"nin təklifini qəbul etdi

"Neftçi"nin yeni hücumçu ilə anlaşdığını xəbər vermişdik (https://www.sportinfo.az/idman_xeberleri/ingiltere/127825.html).

Paytaxt klubu artıq Lukas Melano ilə rəsmi müqavilə bağlandığını rəsmən duyurub.

30 yaşlı argentinalı yaxın günlərdə Bakıya gələrək tibbi baxışdan keçəcək. Bildirilib ki, daha sonra müqavilənin detalları haqqında ətraflı məlumat paylaşılacaq.

Sonuncu klubu “Atletiko Sarmiento” (2023) olan Lukas Melano Argentinanın “Nyuells Old Boyz” (2022), “Sentral Kordoba” (2021), “San-Lorenso de Almaqro” (2021), “Atletiko Tukuman” (2019-2021), “Estudiantes” (2017-2018), “Lanus” (2013-2015), “Belqrano” (2011-2013, 2017), həmçinin Çilinin “Universidad Katolika” (2022) və ABŞ-nin “Portlend Timbers” (2015-2019) klublarında çıxış edib.

2013-cü ildə “Lanus”la Sudamerikana kubokunun, 2015-ci ildə isə “Portlend Timbers”lə MLS kubokunun qalibi olub. 2013-cü ildə Argentinanın U-20 millisinin heyətində 3 oyun keçirib, 1 qol vurub.

Bakılıların bu keçidin baş tutması üçün “Atletiko Sarmiento”ya 200 min avronun üzərində təzminat ödədiyi bildirilir.

Forvardın özü isə 300 min avro civarında illik əməkhaqqı qazanacaq.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
13 İyun 18:10 Çək və bizə göndər!
13 İyun 03:10 Avropa çempionu oldu
13 İyun 02:20 Yeni qapıçı tapdılar