"Neftçi" böyük xərc çəkdi, tanınmış hücumçunu Azərbaycana gəlməyə razı saldı

6 Sentyabr 2023 09:40 İngiltərə 5 081
"Neftçi" böyük xərc çəkdi, tanınmış hücumçunu Azərbaycana gəlməyə razı saldı

"Neftçi"nin bu yay etdiyi transferlərin sayı 11-ə çatıb.

İki ay öncə Adrian Mutunu baş məşqçi postuna gətirmiş «ağ-qaralar» yenə ölkə xaricinə üz tutub.

Yeni legionerin adı hələ gizli saxlanılsa da, redaksiyamıza bildirilib ki, o, kifayət qədər tanınmışdır və ampluaca hücumçudur. İsmi artıq Premyer Liqanın iştirak ərizəsinə salınıb.

Paytaxt təmsilçisinin nümayəndələri əcnəbi forvardını Azərbaycana gəlməyə razı salmaq üçün xaricə səfər edib.

Görüşmələr bir neçə gün çəkib. «Neftçi»nin bu transferə görə yarım milyon avrodan çox vəsait ayırdığı deyilir.

Bakılılar bu yay Emil Balayev, Filip Ozobiç, Adrian Mutu (baş məşqçi), Yuri Matias, Mark Tamaşa, Qara Qarayev, Ervin Koffi, Andre Sinyaşiki, Aaron Samuel Olanare, Dieqo Valdez və Rezuan Mirzovu da transfer edib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti