“Neftçi” bu şərtlə müqavilə bağladı, ödəyəcəyini məbləğ bəlli oldu

28 Avqust 2023 12:40 Neftçi 3 698
“Neftçi” bu şərtlə müqavilə bağladı, ödəyəcəyini məbləğ bəlli oldu

“Neftçi” Dieqo Qabriel Valdes Samudionu transfer edib.

Bakı klubu bu barədə açıqlama yayaraq, saytımızın ötən həftə tirajladığı məlumatı təsdiqləyib (https://www.sportinfo.az/idman_xeberleri/neftci/178449.html).

29 yaşlı paraqvaylı “ağ-qaralar”la 1+1 il şərti ilə müqavilə bağlayıb. Valdes yeni komandasında 6 nömrəli formanı geyinəcək.

Dieqo Valdez Paraqvayın “San Lorenzo” (2016-2019), “Sol De Amerika” (2020-2021), “Quarani” (2022-2023), “Qvayrenya” (2023) və Meksikanın “Atletiko San Luis” (2019-2021) klublarında çıxış edib,

Paraqvay millisinin heyətində 1 oyun keçirib. Orta sahə oyunçusu 2019-cu ildə Peru ilə yoldaşlıq görüşündə debüt edib.

Cənubi amerikalı Bakıda keçirəcəyi ilk mövsümdə 200 min dollar civarında pul qazanacaq. Klub birillik əməkdaşlıqdan razı qalarsa, gələn ilin yayında anlaşmanın müddətini 1 il də uzadacaq.

Bu zaman müqavilə şərtləri dəyişdiriləcək, paraqvaylı daha çox gəlir əldə edəcək.

“Neftçi” bundan əvvəl milli komandamızın üzvləri – qapıçı Emil Balayev, Xorvatiya əsilli yarımmüdafiəçi Filip Ozobiç, mərkəz müdafiəçiləri – braziliyalı Yuri Matias və macarıstanlı Mark Tamaş, təcrübəli dayaq yarımmüdafiəçisi Qara Qarayev, sağ cinah müdafiəçisi Ervin Koffi, sol vinger Andre Şinyaşiki və hücumçu Aaron Olanareni heyətinə qatıb.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
13 İyun 18:10 Çək və bizə göndər!
13 İyun 03:10 Avropa çempionu oldu
13 İyun 02:20 Yeni qapıçı tapdılar