"Neftçi" bu ölkənin yığmasının oyunçusu ilə anlaşdı – SON DƏQİQƏ

23 Avqust 2023 15:00 Neftçi 7 163
"Neftçi" bu ölkənin yığmasının oyunçusu ilə anlaşdı – SON DƏQİQƏ

«Neftçi» növbəti transfer xəbərini açıqlamağa hazırlaşır.

Sportinfo.az bununla bağlı son dəqiqə məlumatı əldə edib.

Redaksiyamıza daxil olan informasiyaya görə, «ağ-qaralar» Dieqo Valdezlə anlaşıb.

Paraqvaydan olan legioner artıq Bakıdadır və bu gün tibbi baxışdan keçəcək. 2019-cu ildən bəri ölkəsinin əsas yığmasına çağırılan yarımmüdafiəçinin 29 yaşı var.

O, orta sahənin bütün nöqtələrində oynaya bilmək kimi mühüm üstünlüyə malikdir.

“Rubio Nu”nun yetirməsi yeniyetməlik illərini “Herreros Bueno” və “Deportivo Kapiatá”da keçirib.

2016-cı ildə ilk peşəkar müqaviləsini “Sportivo San Lorenzo” ilə imzalayıb. 3 il sonra “Atlétiko San Luis”ə üz tutub və növbəti.sezonda icarə əsasında “Sol de Amérika”da forma geyinib.

2022-ci ildən bəri “Quaranı”nin sıralarında yer alıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
13 İyun 18:10 Çək və bizə göndər!
13 İyun 03:10 Avropa çempionu oldu
13 İyun 02:20 Yeni qapıçı tapdılar