Millimiz Ronaldonun həmyerlilərinə "toy tutdu" - VİDEO+FOTOLAR

2 Noyabr 2023 09:20 Milli komanda 1 287
Millimiz Ronaldonun həmyerlilərinə "toy tutdu" - VİDEO+FOTOLAR

Minifutbol üzrə Azərbaycan millisi Birləşmiş Ərəb Əmirliklərinin Ras Əl-Xayma şəhərində təşkil olunan dünya çempionatında 1/4 finala yüksəlib.

yığma 1/8 finalda Portuqaliyaya qalib gəlib.

G qrupunda keçirdiyi hər üç görüşdə qələbə qazanan Elşad Quliyevin yetirmələri rəqibini 3:0 hesabı ilə üstələyərək, uğurlu seriyanı davam etdiriblər.

Komandamızın heyətində 30-cu dəqiqədə Mirmehdi Rzayev, 46-cı dəqiqədə Elvin Əlizadə, 49-cu dəqiqədə isə Rəvan Kərimov fərqləniblər.

Millimiz 1/4 finalda Bolqarıstan – İngiltərə cütünün qalibi ilə qarşılaşacaq. Yarımfinala vəsiqə uğrunda matç noyabrın 2-də baş tutacaq.

Digər Xəbərlər
Xəbər Lenti
8 Oktyabr 18:10 Çək və bizə göndər!
8 Oktyabr 08:30 6 cavabsız qol - VİDEO