
Azərbaycan komandasının baş məşqçisi postundan ayrılan Canni De Byazi məşqçilik fəaliyyətini davam etdirmək istəyir.
Sportinfo.az xəbər verir ki, ölkəsinin mətbuatına danışan italiyalı mütəxəssis yenidən milli komanda çalışdırmaq istədiyini bildirib.
67 yaşlı məşqçi ona bir təklif olduğunu deyib:
"Gələcəkdə başqa millidə çalışmaq istərdim. Bir variant var.
Ümid edirik ki, bu, reallaşacaq. Ancaq müqavilə imzalanana qədər bu barədə danışmaq istəmirəm.
Qazandığım təcrübələrə əsasən deyə bilərəm ki, zirvəyə qalxmaq və final mərhələsinə vəsiqə qazanmaq uğrunda mübarizə aparacaq bir komandada çalışmaq imkanım olacaq".