17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsində ilk oyununu keçirib.
Sportinfo.az xəbər verir ki, Serbiyada keçirilən qrup oyunlarında meydan sahibi komanda ilə qarşılaşan yığmamız 1:5 hesabı ilə məğlub olub.
Azərbaycan millisinin yeganə qolu 11-ci dəqiqədə avtoqol kimi qeydə alınıb.
Füzuli Məmmədovun çalışdırdığı millimiz seçmə mərhələdə növbəti oyununu oktyabrın 24-də Sloveniya yığmasına qarşı keçirəcək.

