U-21 yığmamız AVRO-2025-in seçmə F qrupunda növbəti görüşünə çıxıb.
Sportinfo.az xəbər verir ki, Samir Əliyevin rəhbərlik etdiyi kollektiv İspaniyada Ukrayna ilə üz-üzə gəlib.
Qarşılaşma rəqibin minimal hesablı qələbəsi ilə başa çatıb.
Ukrayna hazırda qrupda 15 xalla liderdir. Üç oyuna üç xal qazanmış U-21 yığmamız isə 4-cü pillədədir.
Ukrayna - Azərbaycan 1:0
Qol: Volodimir Brazko, 34 (pen)
Baş hakim: İrakli Kvirikaşvili (Gürcüstan).
İspaniya. Mursiya. “Nueva Kondomina” stadionu.

