"İstəsə, Azərbaycan millisinə gedəcək, bu, onun haqqıdır, mənlik nə var?"

10 Yanvar 09:20 Milli komanda 1 104
"İstəsə, Azərbaycan millisinə gedəcək, bu, onun haqqıdır, mənlik nə var?"

Rusiya 1-ci liqasında yarışan “Dinamo”nun (Mahaçqala) prezidenti Hacı Hacıyev komandanın baş məşqçisi Qurban Berdıyevin Azərbaycan millisinin baş məşqçisi vəzifəsinə namizəd olması barədə xəbərlərə münasibət bildirib.

Sportinfo.az xəbər verir ki, o, bununla əlaqədar Rusiyanın “RB-Sport” saytına danışıb.

Saytın yazdığına görə, daha əvvəl Hacı Hacıyev Berdıyevin Azərbaycan millisinə namizəd olmasını təsdiqləyib.

AFFA-dan isə indiyə qədər verilən açıqlamalarda bildirilib ki, yaradılan İşçi Qrup səviyyəsində heç bir məşqçi ilə danışıqlar aparılmayıb.

Hacı Hacıyev budəfəki müsahibəsində deyib:

- Azərbaycan millisi haqqında nə deyə bilərəm? Mən Mahaçqalada işləyirəm və Azərbaycan Futbol Federasiyasında nə baş verdiyindən xəbərim yoxdur.

- Yəqin ki, Berdıyevlə bu mövzuda söhbətiniz olub.

- Heç bir söhbətim olmayıb. Mən bunu nə Berdıyev, nə də başqası ilə müzakirə etmək fikrindəyəm. O ki öz baxışları və düşüncələri olan müstəqil insandır. İstəsə, Azərbaycana gedəcək və ya İrana, ya da başqa yerə. Bu, onun haqqıdır. Mənlik nə var?

- Berdiyevin “Dinamo” ilə müqaviləsi var.

- Bu müqavilə o demək deyil ki, o, bizə zəncirlə bağlanıb. Onun istədiyi yerə və istədiyi vaxt sərbəst getmək hüququ var. Biz onu qandallamamışıq.

Digər Xəbərlər
Xəbər Lenti
28 Aprel 20:00 Çək və bizə göndər!
28 Aprel 02:50 Başını dik tut, Nicat!
28 Aprel 02:30 “Buna görə uduzduq"