"Azərbaycana təzyiq etməyi bacarmadıq - Bu, millinin ən bərbad oyunlarından biri idi"

19 Noyabr 2023 08:20 Milli komanda 1 055
"Azərbaycana təzyiq etməyi bacarmadıq - Bu, millinin ən bərbad oyunlarından biri idi"

sveç Avro-2024-ün seçmə mərhələsi çərçivəsində Bakıda Azərbaycan yığmasına 0:3 hesabı ilə məğlub olub.

Sportinfo.az xəbər verir ki, skandinaviyalıların hücumçusu Emil Forsberq matçdan sonra açıqlama verib.

"Leyptsiq"in futbolçusu Azərbaycana qarşı matçın milli tarixinin ən bərbar oyunu olduğunu deyib:

"Matçın əvvəlində Azərbaycan millisinə təzyiq etməyi bacarmadıq. Artıq 6-cı dəqiqədə hesab 0:2 idi.

Əlbəttə, bu, böyük məyusluqdur. Yaxşı oynaya, pressinq tətbiq edə bilmədik.

Fasilədə oyunu çevriməyi qarşımıza məqsəd qoysaq da, rəqibi təslim etmək mümkün olmadı. Milli tarixinin ən bərbad oyunlarından biri idi".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti