"Bəzilərini məcburiyyətdən etdik, çünki..." -Samir Əliyev

19 Noyabr 2023 03:50 Milli komanda 1 257
"Bəzilərini məcburiyyətdən etdik, çünki..." -Samir Əliyev

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Samir Əliyev "Dalğa Arena"da Latviya U-21-ə 1:0 hesabı ilə qalib gəldikləri matç haqda fikirlərini bildirib.

Sportinfo.az AFFA-nın saytına istinadən xəbər verir ki, o deyib:

"Rəsmi oyunöncəsi heyətə dəvət etdiyimiz futbolçuları yoxlamaq imkanı qazandıq. Qapıçı da daxil olmaqla 11 əvəzetmədən istifadə etdik.

Düzdür, bəzilərini məcburiyyətdən etdik, çünki meydanda daxil olduqdan bir müddət sonra zədələndilər. Durumları barədə sabah dəqiq məlumatımız olacaq. İstənilən halda hamısı bizimlə İspaniyaya gedəcək.

Ukrayna ilə matça gəldikdə, tam fərqli oynayacağıq. Rəqib qrupun lideri, İngiltərə kimi komandaya 3 qol vurmuş komandadır. 5-li müdafiə sistemini də Ukraynaya uyğun seçmişdik”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti