“Çox qəzəblənmişdim. Amma baş verənlər orada qalmalıdı”.
Sportinfo.az xəbər verir ki, bunu İsveç yığmasının qapıçısı Robin Olsen AÇ-2024-ün seçmə mərhələsində Azərbaycana 0:3 hesabı ilə məğlub olduqları oyun haqda deyib.
33 yaşlı qolkiper nəticəyə görə utandığını bildirib:
“Komanda yoldaşlarıma dediklərim orada qalacaq. Utanmalıyıq, mən utanıram.
Belə pis nəticə ilə burada dayanmaq cəhənnəm kimi ağrıdır. Bütün tənqidlərə layiqik.
Yazılanları oxumayacağam, amma ciddi tənqid gözləyirəm. Heç bir oyunçu özünü təsdiqləyə bilmədi.
Üzrxahlıq üçün də formamı azarkeşlərə atdım. Edə biləcəyim ən az şey bu idi”.
F qrupunda olan İsveç və Azərbaycan milliləri hazırda hərəyə 7 xalla müvafiq olaraq 3-4-cü pillələri tuturlar.

