"Everton"lu düşərgəni tərk etdi - Millimizlə oynamayacaq

19 Noyabr 2023 03:00 Milli komanda 883
"Everton"lu düşərgəni tərk etdi - Millimizlə oynamayacaq

Belçika komandasının üzvü Amadu Onana AVRO-2024-ün seçmə mərhələsinin Azərbaycana qarşı keçiriləcək görüşünü buraxacaq.

Sportinfo.az xəbər verir ki, "Everton"un belçikalı futbolçusu zədələnib.

Sağ ayaq əzələsini dartan 22 yaşlı yarımmüdafiəçinin Azərbaycanla görüşdə meydanda olmayacağı dəqiqləşib.

O, artıq millinin düşərgəsini tərk edib. Belçika - Azərbaycanla görüşdə noyabrın 19-da Brüsseldə keçiriləcək və görüşə 21:00-da start veriləcək. Millimiz 7 xalla 4-cü pillədədir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti