Milli Niderlanda uduzdu

19 Noyabr 2023 01:00 Milli komanda 1 612
Milli Niderlanda uduzdu

19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, Lüksemburqda təşkil olunmuş qarşılaşmada Niderland yığması ilə qarşılaşan millimiz 1:2 hesabı ilə məğlub olub.

Millimizin heyətində 86-cı dəqiqədə Sadiq Şəfiyev fərqlənib.

U-19 seçmə mərhələdə son oyununu noyabrın 21-də, saat 21:00-da meydan sahibi Lüksemburq yığmasına qarşı keçirəcək.

U-19 ilk oyununda Bosniya və Herseqovina yığması ilə heç-heçə edib – 0:0.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti