"O, Azərbaycanla matçda milliyə dəvət edilə bilər"

6 Noyabr 2023 01:10 Milli komanda 1 295
"O, Azərbaycanla matçda milliyə dəvət edilə bilər"

Belçikanın qapıçısı Qaetan Kuke AVRO-2024-ün seçmə mərhələsi çərçivəsində F qrupunda Azərbaycanla keçiriləcək oyun üçün yığmaya cəlb edilə bilər.

Sportinfo.az xəbər verir ki, "Mexelen"in futbolçusu yığma komandanın çalışdırıcısı Domeniko Tedeskonun ilkin siyahısında özünə yer edib. Belçikalı həmkarlarımız bu cür yazıb:

"Kuke Azərbaycanla matçda milliyə dəvət edilə bilər. Əgər Kuke qarşıdakı oyuna dəvət edilsə, bu, onun 3 ildən sonra milliyə ikinci çağırışı olacaq.

Belçika yığmasının Azərbaycanla görüş üçün yekun heyəti gələn həftə açıqlanacaq.

Belçika - Azərbaycan matçı noyabrın 19-da Brüsseldə, “Kral Boduen” stadionunda keçiriləcək. Oyuna Bakı vaxtı ilə saat 21:00-da start veriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
8 Oktyabr 18:10 Çək və bizə göndər!
8 Oktyabr 08:30 6 cavabsız qol - VİDEO