Bu komandadan söz düşdü, Emin Mahmudov bəxti köməyə çağırdı

18 Noyabr 2023 09:20 Milli komanda 1 265
Bu komandadan söz düşdü, Emin Mahmudov bəxti köməyə çağırdı

Millimizin kapitanı Emin Mahmudov Avro-2024-ün seçmə mərhələsinin İsveçlə matçı haqda açıqlama verib.

Sportinfo.az xəbər verir ki, 3:0 hesablı qalibiyyətə 2 qolla töhfə verən 31 yaşlı yarımmüdafiəçi bu oyunun həmişə yaddaşında qalacağını bildirib:

"Bu oyun həmişə yadımda qalacaq. Azarkeşlər də bizdən yaxşı oyun və qələbə gözləyirdi.

Vuruşduq və istədiyimiz nəticəni qazandıq. Əsas məqsədim komandaya xeyir verməkdir. Qollar vurduğum üçün də sevinirəm".

"Neftçi"nin üzvü 2 gün sonra qarşılaşacaqları Belçika haqda danşıb. Təcrübəli oyunçu rəqibin çox güclü olduğunu deyib:

"Təbii ki, Belçika millisi çox güclüdür. Rəqib komandada dünya səviyyəli futbolçular mübarizə aparır. Belə komandalara qarşı bəxtimiz də olmalıdır".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti