İngiltərə və Ukrayna yığmaları "Qarabağ"ın "ev"ində

23 Yanvar 2024 13:20 Milli komanda 1 820
İngiltərə və Ukrayna yığmaları "Qarabağ"ın "ev"ində

21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının Avropa çempionatının seçmə mərhələsində keçirəcəyi oyunların stadionları müəyyənləşib.

Sportinfo.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, yığmanın martdakı qarşılaşmaları "Azərsun Arena"da baş tutacaq.

U-21 martın 22-də İngiltərə, 26-da isə Ukrayna ilə üz-üzə gələcək.

Matçların saatı hələlik bəlli deyil.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti