“Bizim üçün prioritet Azərbaycanla oyundur”.
Sportinfo.az xəbər verir ki, bunu Belçika yığmasının baş məşqçisi Domeniko Tedesko AVRO-2024-ün seçmə mərhələsində Azərbaycan millisinə qarşı keçiriləcək son oyun barədə danışarkən deyib.
Əvvəlcə Serbiya ilə yoldaşlıq görüşü keçirəcəklərini xatırladan italiyalı mütəxəssis həmin matçda müxtəlif rotasiyalara əl atacağını gizlətməyib:
“Əlbəttə ki, nələrisə sınayacağıq. Amma çılğın gedişlər etməyəcəyik. Azərbaycanla görüşdə ehtiyac duyacağımız məqamları Serbiya ilə matçda sınayacağıq”.
Belçika noyabrın 15-də Serbiyanı, 19-da isə Azərbaycanı qəbul edəcək. Belçika hazırda 17 xalla F qrupuna başçılıq edir. Millimiz isə 4 xalla dördüncü pillədə qərarlaşıb.