"Erməni baş məşqçi oradadırsa, mən qayıtmayacam"

27 Yanvar 2020 15:25 Milli komanda 1 653
"Erməni baş məşqçi oradadırsa, mən qayıtmayacam"

Azərbaycan millisinin üzvü Emil Balayevin çıxış etdiyi “Tobol” qış fasiləsində ilk yoxlama oyununu keçirib.

Qazaxıstan təmsilçisi “Jilina” ilə qarşılaşıb. Balayevin Çexiya klubu ilə iştirakçısı olmadığı görüş 1:1 bitib.

Qriqori Babayanın təyinatından sonra Balayevin “Tobol”dan ayrılması gündəmə gəlib. Erməni baş məşqçi klubun saytına müsahibə verib və komandasının hazır olmadığını söyləyib.

”Jilina” sürətli, Avropa futbolu oynayan bir komandadır. Belə rəqiblərlə oynamaq hər zaman yaxşıdır. Ancaq bilirsiniz ki, biz hələ tam hazır deyilik. Azat Nurqaliyev və Nikita Boçarov əməliyyatdan sonra tam sağalmayıblar.

Emil Balayevin isə planlaşdırılmış reabilitasiya dönəmi hələ də davam edir. Bizə qoşulan oyunçular tam hazır deyillər”.

Sportinfo.az-ın məlumatına görə, millimizin qapıçısı "Tobol" rəhbərliyi ilə əlaqə saxlayaraq, klubu dəyişəcəyini bildirib. O, heç bir halda erməni məşqçi ilə çalışmayacağını söyləyib.

Balayevin özünə yeni komanda axtarmasına icazə verilib. "Tobol" onunla anlaşmaq istəyən kluba maliyyə şərtlərində güzəşt ədəcəyini Emilin diqqətinə çatdırıb.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"