Rövnəq Abdullayevin milliyə nə qədər pul vəd etdiyini bilsəz… ŞOK RƏQƏM!

16 Noyabr 2023 11:40 Milli komanda 8 265
Rövnəq Abdullayevin milliyə nə qədər pul vəd etdiyini bilsəz… ŞOK RƏQƏM!

Bu gün Azərbaycan millisi AÇ-2024-ün seçmə mərhələsində növbəti oyununu keçirəcək.

Komanda Bakıda İsveçlə üz-üzə gələcək.

F qrupunda yer alan hər iki iştrakçı final mərhələsinə vəsiqə qazanmaq şansını əvvəlki turlarda itirib.

Azərbaycan yığması 6 turdan sonra 4 xalla 4-cü, qonaqlar isə 7 xalla üçüncü pillədə qərarlaşıblar.

Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyun saat 21:00-da start götürəcək.

Canni De Byazinin çalışdırdığı kollektiv bu gecə azarkeşləri sevindirərsə, özləri də sevinəcək. Onları böyük miqdarda mükafat gözləyir.

Millinin hər futbolçusu 40 min manatdan çox pul qazanmaq imkanı əldə edəcək. Ümumiyyətlə, AFFA prezidenti Rövnəq Abdullayevin komandaya ayırdığı «ənam» fondu 1,2 milyon manatı keçir.

Federasiya başçısı bundan öncə oyunçulara 30 min manat ödəyib. Seçmə mərhələdə ilk qələbəni qazandıqları üçün.

Yığmanın Tallində estonları 2:0 hesabıyla üstələməsini bir daha xatırlayaq.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti