Bu VİDEOda AFFA-nın yeni prezidenti haqda danışıldı… MÜTLƏQ İZLƏYİN!

9 Fevral 11:20 Milli komanda 2 368
Bu VİDEOda AFFA-nın yeni prezidenti haqda danışıldı… MÜTLƏQ İZLƏYİN!

Dünən Azərbaycan millisinin UEFA Millətlər Liqasındakı rəqibləri bəlli olub.

Yığma C Liqasının 1-ci qrupunda İsveç, Slovakiya və Estoniya ilə üz-üzə gələcək.

Millətlər Liqasında 2024/2025 mövsümü sentyabrın 5-7-də keçiriləcək ilk turun oyunları ilə start götürəcək.

“Millətlər Liqasında rəqib deyil, AFFA-da tezliklə yeni prezidentin kimin olacağı məsələsi öz həllini tapmalıdır. Millimizin inkişafı üçün düzgün strategiya müəyyənləşməli, ona uyğun addımlar atılmalıdır”.

Bu sözlər Sportinfo TV-nin aparıcı-eksperti Elçin Cəfərova məxsusdur.

Tanınmış jurnalist UEFA Millətlər Liqasında Azərbaycan yığmasının rəqibləri barədə danışarkən deyib ki, əsas məsələ daha dərindir.

Əlavə edib ki, komandaya istər Şenol Güneşi, istərsə də Joze Mourinyonu dəvət etsən belə, plan olmadığı təqdirdə, bu, növbəti vaxt itkisidir:

“Hər iki tsikildən bir Avropa çempionatının final mərhələsinə yollanan millimiz yoxdur ki, deyək, iddialı, dünya çapında mütəxəssis lazımdır.

Bizə ilk növbədə uğura istiqamətlənən inkişaf planı lazımdır. Gerisi vaxt itkisidir”.

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Digər Xəbərlər
Xəbər Lenti
28 Aprel 20:00 Çək və bizə göndər!
28 Aprel 02:50 Başını dik tut, Nicat!
28 Aprel 02:30 “Buna görə uduzduq"