“Təəssüf ki, Azərbaycana qol vura bilmədim”

20 Noyabr 2023 11:20 Milli komanda 774
“Təəssüf ki, Azərbaycana qol vura bilmədim”

“İki məhsuldar ötürmə versəm də, təəssüf ki, qol vura bilmədim”.

Sportinfo.az xəbər verir ki, bunu Belçika yığmasının futbolçusu Ceremi Doku Azərbaycan millisini 5:0 hesabı ilə məğlub etdikləri AVRO-2024-ün seçmə mərhələ oyunu barədə danışarkən deyib.

21 yaşlı vinger görüşdə poker müəllifi olan Romelu Lukakunu fərqləndirib:

“Azərbaycanla matça ciddi yanaşırdıq. Bunu meydanda da görürdünüz. Romelu Lukaku çox effektli idi.

Azarkeşlər adımı uca səslə çəkirdilər. Mənim üçün ən vacibi komandama qələbə qazanmaqda kömək etmək idi”.

Belçika yığması F qrupunu 20 xalla birinci pillədə tamamlayıb. Azərbaycan yığması isə 7 xalla dördüncü olub.

Digər Xəbərlər
Xəbər Lenti
30 İyun 18:10 Çək və bizə göndər!
30 İyun 00:00 Avropa çempionu oldular