Millimizin baş məşqçisi Avstriyaya getdi - FOTO

10 Dekabr 2019 18:23 Milli komanda 1 458
Millimizin baş məşqçisi Avstriyaya getdi - FOTO

Milli komandamızın baş məşqçisi Nikola Yurçeviç Avstriyaya gedib. Sportinfo.az xəbər verir ki, bu barədə xorvatiyalı mütəxəssis şəxsi "Facebook" səhifəsində məlumat paylaşıb.

53 yaşlı məşqçinin səfərinin məqsədi Çempionlar Liqasının qrup mərhələsinin sonuncu - VI turunda bu gün keçiriləcək "Zalsburq" - "Liverpul" oyunudur. Yurçeviç futbolçu kimi 1991-95 və 1997-99-cu illərdə çıxış etdiyi, eyni zamanda, 2005-ci ildə məşqçi kimi çalışdığı Avstriya klubunun vacib oyununu tribunadan canlı izləmək üçün sözügedən ölkəyə yollanıb.

Qeyd edək ki, bu gecə keçiriləcək qarşılaşma Bakı vaxtı ilə 00:00-da başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!