"Milliyə xeyir vermək üçün oynayırdım"

20 Noyabr 2019 20:25 Milli komanda 1 231
"Milliyə xeyir vermək üçün oynayırdım"

“Millidə ilk oyunum idi. Həyəcan yox idi, milliyə xeyir vermək üçün oynayırdım” - bu sözləri Sportinfo.az-a açıqlamasında millimizin yeni hücumçusu Vüsal İsgəndərli deyib.

AVRO-2020-nin seçmə mərhələsinin son turunda Slovakiya ilə görüşdə millidə debüt edən İsgəndərli bu cür danışıb: “Hamımız əlimizdən gələni etdik. Həqiqətən də çox çətin qrupda yer almışıq. Slovakiyaya qarşı yaxşı mübarizə aparıb yaxşı nəticə qazanmaq istəyirdik. Qol vurmaq və xal qazanmağımızı çox istərdim. Sona qədər əlimdən gələni etdim”.

Digər Xəbərlər
Xəbər Lenti