Bu da "Qarabağ"ın "pley-off"dakı rəqibinin "Qızıl legion"u - FOTOLAR

31 Yanvar 03:30 Milli komanda 968
Bu da "Qarabağ"ın "pley-off"dakı rəqibinin "Qızıl legion"u - FOTOLAR

Avropa Liqasının pley-off mərhələsində "Qarabağ"ın rəqibi olan "Braqa" (Portuqaliya) bugünlərdə özünün 103 yaşını qeyd edir.

Sportinfo.az xəbər verir ki, bununla bağlı keçirilən tədbirlərə "Braqa"nın idman arenasında təşkil olunan "Qızıl legion" adlı qala gecə ilə yekun vurulub.

Təntənəli mərasimdə komandanın üzvlərinə mükafatlar təqdim olunub.

İlin futbolçusu Bruma, ilin debütantı Alvaro Calo, ilin məşqçisi isə Artur Jorje olublar. Digər nominasiyalar üzrə də mükafatlar verilib.

Tədbirdə çıxış edən "Braqa"nın baş məşqçisi Artur Jorje ilin məşqçisi mükafatını qazanmağı çoxdan arzuladığını söyləyib:

"Mən fəxr edirəm ki, bu mükafata öz evimdə sahib ola bildim. Hesab edirəm ki, bu, ədalətlidir.

Çünki bu mükafat məni onunla fərqləndirir ki, mən fərqli bir mövsüm keçirən, rekordlar qıran, iz qoyan, keyfiyyətli oyun nümayiş etdirən komandaya rəhbərlik edirəm.

Ona görə də bu mükafatdan hər kəsə pay düşməlidir - mənə, mənim texniki komandama, futbolçularıma..."

"Braqa" 1921-ci ilin yanvarın 19-da yaradılıb.

Portuqaliya təmsilçisi fevralın 15 və 22-də "Qarabağ"la Avropa Liqasının pley-off (şərti olaraq 1/16 final) mərhələsində qarşılaşacaq.





















Digər Xəbərlər
Xəbər Lenti
28 Aprel 20:00 Çək və bizə göndər!
28 Aprel 02:50 Başını dik tut, Nicat!
28 Aprel 02:30 “Buna görə uduzduq"