Öncə millimizlə oynayacaq, sonra AVRO-2024-ə gedəcəklər

4 Mart 2024 11:00 Milli komanda 1 264
Öncə millimizlə oynayacaq, sonra AVRO-2024-ə gedəcəklər

Azərbaycan millisi Albaniya ilə yoldaşlıq görüşü keçirəcək.

Sportinfo.az xəbər verir ki, bu barədə “pamfleti.net” saytı məlumat yayıb.

Bildirilib ki, qarşılaşma iyunun 7-də Avstriyanın Qrats şəhərində təşkil olunacaq və yerli vaxtla saat 20:45-də başlayacaq. Bu, AVRO-2024-ə hazırlıq çərçivəsində Albaniyanın son sınaq matçı olacaq.

Albaniya Avropa çempionatının B qrupunda İspaniya, Xorvatiya və İtaliya ilə mübarizə aparacaq. Albanlar ilk oyunlarını iyunun 15-də İtaliyaya qarşı keçirəcəklər.

Digər Xəbərlər
Xəbər Lenti
8 Oktyabr 18:10 Çək və bizə göndər!
8 Oktyabr 08:30 6 cavabsız qol - VİDEO